Bakıda silah-sursat aşkarlanıb

Bakıda silah-sursat aşkarlanıb
# 06 iyun 2014 09:32 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda mənzildə silah-sursat aşkar edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 5-də Şəki rayon sakini Fərahim Süleymanovun Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı pnevmatik tüfəng, ona aid 75 ədəd güllə, qaz tapançası, 1 ədəd ona aid patron darağı, 4 ədəd patronu, 3 ədəd avtomat patronu və 4 ov bıçağı aşkar edilərək götürülüb.

F. Süleymanovun tutulması üçün tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR