Salyanda heyvan oğruları saxlanılıb - APA TV

Salyanda heyvan oğruları saxlanılıb - <span style="color: red;">APA TV
# 06 sentyabr 2013 22:52 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Salyan polisi irbuynuzlu heyvanları oğurlayan Cəlilabad sakinlərini həbs edilib. Salyan rayon polis şöbəsinin müstəntiqi Tofiq İsmayılovun APA-nın Mil-Muğan bürosuna bildirdiyinə görə, Salyanın Seyidlər kənd sakini Arzu Xamməd qızı Quliyeva həyətyanı sahəsindəki tövlədən bir baş iribuynuzlu heyvan oğurlanması barədə rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edib.

Aparılan əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayonunun Qarazəncir kənd sakinləri Rafiq Dayandur oğlu Qurbanov və Etibar Xanlar oğlu Quliyev şübhəli şəxs qismində saxlanılıb. İlkin istintaq zamanı onların müxtəlif vaxtlarda Salyan, Biləsuvar və Cəlilabad rayonlarından 15 baş iribuynuzlu heyvan oğurladıqları məlum olub.

Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR