® Türkiyənin ilk və tək "Estetik" jurnalı Azərbaycanda! - FOTO

<font color=red>® </font>Türkiyənin ilk və tək "Estetik" jurnalı Azərbaycanda! - <span style="color: red;">FOTO
# 21 oktyabr 2013 14:40 (UTC +04:00)

APA TV-nin xəbərinə görə, jurnalda estetik tələbat sahəsində yeniliklər, konservativ və operativ müalicə metodları, kosmetik vasitələrin əsas təsir mexanizmi, tətbiqi qısa şəkildə təqdim olunur. Dini baxımdan estetik təbabətlə bağlı bütün məsələlər oxucunun şüurunda heç bir şübhə və ya sual yaratmayacaq şəkildə açıqlanır.

Təqdimat mərasimində çıxış edən jurnalın baş redaktoru Bahar Heydərli Azərbaycanda ilk dəfə işıq üzü görən jurnal haqqında planlardan danışıb: “Bildiyiniz kimi, jurnal Türkiyədə nəşr olunurdu. Mən baxırdım, maraqlanırdım. Düşündüm ki, bizim cəmiyyətimiz, insanlarımız üçün də maraqlı olar. Jurnalımızın fərqi onda ola bilər ki, biz bu layihəyə təkcə kommersiya kimi baxmırıq. Dediyim kimi, bir elm mənbəyi kimi cəmiyyətimizi maarifləndirməsinə töhfə olacaq”.

Çıxış edən qonaqlar iki aydan bir dəfə nəşr edilən jurnalın ölkəmizdə oxucuların marağına səbəb olacağına əmin olduqlarını deyiblər. Jurnalda məşhur simalarla müsahibələr, sağlamlıq, elm, cəmiyyət, ailə və karyera ilə əlaqəli mövzular təqdim ediləcək. Bununla yanaşı, estetik gözəllik sahəsində yenilikləri ehtiva edən xəbərlər təqdim olunacaq. Sözügedən dərgi Türkiyə ilə yanaşı, Azərbaycan və Gürcüstanda yayımı nəzərdə tutulan beynəlxalq estetik və gözəllik toplusudur. Jurnal Türkiyənin ən böyük 6 şəhərindəki estetik cərrahiyyə mərkəzləri, gözəllik mərkəzləri, 5 ulduzlu hotellər, ticarət mərkəzlərinə çatdırılmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR