Aktauda MDB üzvü olan ölkələrin Gömrük Xidmətləri Rəhbərləri Şurasının iclası keçiriləcək

Aktauda MDB üzvü olan ölkələrin Gömrük Xidmətləri Rəhbərləri Şurasının iclası keçiriləcək
# 01 oktyabr 2013 11:16 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA-Economics. Oktyabrın 3-də Aktau (Qazaxıstan) şəhərində MDB üzvü olan ölkələrin Gömrük Xidmətləri Rəhbərləri Şurasının 58-ci iclası keçiriləcək.

APA-Economics”in MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbərinə görə, iclas iştirakçıları gömrük nəzarəti, sərnişinlərin vahid gömrük bəyannaməsi, sərnişinlər tərəfindən daşınan malların sadələşdirilmiş bəyannaməsi və s. kimi məsələləri müzakirə edəcəklər.

Eyni zamanda 2014-cü il üçün fəaliyyət planı müəyyənləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR