Azərbaycanın xarici işlər naziri ISAF-a töhfə verən dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak edib

Azərbaycanın xarici işlər naziri ISAF-a töhfə verən dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak edib
# 04 dekabr 2013 13:21 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanda Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin xarici işlər nazirlərinin dekabrın 4-də NATO-nun mənzil-qərargahında keçirilən görüşündə iştirak edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xarici işlər nazirlərinin görüşündə aparılan müzakirələrin əsasını 2014-cü ildə başa çatacaq Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin əməliyyatından sonra NATO üzv və tərəfdaş ölkələrinin Əfqanıstandakı yeni missiyası, nəzarətin əfqan milli təhlükəsizlik qüvvələrinə keçməsi və Əfqanıstan milli ordusuna yardım ətrafında fikir mübadiləsi təşkil edib.

E.Məmmədyarov çıxışında Azərbaycanın potensial əməliyyat tərəfdaşı qismində 2014-cü ildən sonra da Əfqanıstana qüvvə, təlim, tranzit və maliyyə formasında yardımlar göstərməyə hazır və qadir olduğunu bildirib. O, Azərbaycanın Əfqanıstanla münasibətlərinin strateji və qardaşlıq xarakteri daşıdığını qeyd edərək, ikitərəfli əsasda da Azərbaycanın Əfqanıstana yardım və dəstəyini əsirgəmədiyini vurğulayıb.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarov ikitərəfli görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR