Yanukoviç Vitali Kliçkoya baş nazirin müavini vəzifəsini təklif edib

Yanukoviç Vitali Kliçkoya baş nazirin müavini vəzifəsini təklif edib
# 25 yanvar 2014 19:42 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ölkənin ədliyyə naziri Yelena Lukaş bildirib.

“Ukrayna prezidenti Vitali Kliçkoya baş nazirin humanitar məsələlər üzrə müavini vəzifəsini təklif edib. Ukrayna prezidenti əmindir ki, müxalifətlə birgə aparılacaq iş dövlətin birləşməsinə, ölkə və cəmiyyət üçün lazımi islahatların aparılmasına kömək edəcək”, deyə Yelena Lukaş bildirib.

Qeyd edək ki, Viktor Yanukoviç “Batkivşina” müxalifət fraksiyasının lideri Arseniy Yatsenyuka baş nazir vəzifəsini təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR