Azərbaycan Supsa limanından neft ixracını 50% artırıb

Azərbaycan Supsa limanından neft ixracını 50% artırıb
# 02 noyabr 2013 09:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin oktyabr ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 169 321 ton, Supsa limanından (Qara dəniz, Gürcüstan) 242 259 ton, Ceyhan limanından (Aradlıq dənizi, Türkiyə) 1 555 816 ton xam neft ixrac edib.


ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin oktyabr ayının analoji göstəriciləri ilə müqayisədə Novorossiysk limanından göndərilən xam neftin həcmi 24,6% azalıb.


Ötən ilin eyni dövrü ilə müqayisədə Supsa limanından xam neft ixracı 49,9% artıb, Ceyhandan isə 1,8% azalıb.


Ümumilikdə, yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 1 496 839 ton xam neft ixrac edilib ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 9,7% azdır.


Eyni zamanda, yanvar-oktyabr aylarında Supsadan neft ixracı ötən ilə nisbətən 0,6% azalaraq 2 322 232 ton, Ceyhan limanından isə 3,7% azalaraq 16 450 285 ton təşkil edib.


ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR