Azərbaycanda RSI indeksi artıb

Azərbaycanda RSI indeksi artıb
# 22 oktyabr 2013 11:21 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2013-cü ilin sentyabr ayı üzrə 106,6% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici avqust ayının indeksindən 8,3 faiz bəndi çoxdur.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Bu ilin sentyabr ayında ümumi pərakəndə dövriyyəsi 1 659,8 mln. manat, avqustda isə 1 556,8 mln. manat təşkil edib.

Göründüyü kimi, artımla yanaşı indeks 100%-dən çox olub. İndeksin 100%-dən artıq olması sentyabrda pərakəndə ticarətin avqusta nisbətən azaldığını göstərir.

Ümumilikdə, bu ilin yanvar-sentyabr ayları ərzində pərakəndə ticarətin həcmi 13,868 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 9,6% çoxdur. Bundan əlavə, 2012-ci il ərzində pərakəndə ticarətin orta aylıq dövriyyəsi 1,463 mlrd. manata bərabər olduğu halda, 2013-cü ilin 9 ayı üzrə bu göstərici 1,541 mln. manat təşkil edib. Beləliklə, həmin göstərici üzrə 5,3%-lik artım müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR