İstanbulda “Güney Azərbaycanın türk dünyasında yeri və önəmi” mövzusunda konfrans keçirilib - FOTO

İstanbulda “Güney Azərbaycanın türk dünyasında yeri və önəmi” mövzusunda konfrans keçirilib - <span style="color: red;">FOTO
# 28 oktyabr 2013 08:44 (UTC +04:00)

APA-nın məlumatına görə, İstanbul Azərbaycan Kültür Evinin təşkil etdiyi konfransin acilisinda cixis edən Azərbaycan Kültür Evinin basqanı Hikmət Alp Türkiyədə Cənubi Azərbaycan mövzusuna az diqqət göstərildiyini deyib. Konfransın aparıcısı Gülarə Yenisey Güney Azərbaycandakı milli hərəkatların tarixindən danışaraq “İstanbul Təbriz üçün çox önəmli bir mərkəzdir” - deyib.

Dünyadakı kosmik tədqiqatların basında iki türkün - Lutfi Zadə və Kərim Kərimovun durduğunu xatırladan G.Yenisey “təəssüf ki, bu qədər mühüm insanlar türk dünyasına xidmət edə bilmirlər” - deyə vurğulayıb.

Konfransda çıxış edən DAK həmsədri, millət vəkili Sabir Rustəmxanlı qeyd edib ki, “Avrasiya deyilən bir yer əslində türklərə məxsusdur: “İndi isə bu yerlərə dünyanın “onurğa sümüyü” deyirlər. Oraya kim sahib olacaqsa, dünyaya da sahib olacağını deyirlər. Ancaq düşünmürlər ki, oranın sahibi türklərdir. Mahmud Kasğarlının məzarı mənim ucun sanki Həcc ziyarəti idi. Tarixlə öyünmək vaxtı keçib, artıq gələcəyə baxmaq lazımdır. Tarix boyu türklərə yapılan soyqırımlar bu gün Güney Azərbaycanda bas verir. Böyük dövlətlər müvəqqəti də olsa, torpaqlarımızın bir qismini əlimizdən alaraq erməni dövləti qurub. Türkiyə dövləti Güney Azərbaycanda “Haray, haray, mən türkəm” deyənlərin səsinə səs vermirsə, ya ordakıları türk saymır, ya da burdakılar türk deyil. İstanbula da, Ankaraya da, dünyaya da biz özümüz tanıtmalıyıq”.

S.Rüstəmxanlı son illərdə Türkiyədə Güney Azərbaycanla bağlı çıxan kitabların sayının artmasının məmnuniyyət doğurduğuna diqqəti cəlb edərək, bundan sonrakı mərhələdə çalışmaların sayının artmasını və sistemli xarakter almasını arzu etdiyini vurğulayıb. O deyib ki, İranın Azərbaycanı hədələməsindən heç bir şey çıxmaz, çünki Azərbaycan gün keçdikcə güclənir. S.Rüstəmxanlı türk ölkələri arasındakı əlaqələrin gündən-günə güclənməsinin də qürurverici olduğunu vurğulayıb.

Cənubi Azərbaycandan gəlmiş milli fəal Oqtay Vəlizadə 1995-ci ildən Güney Azərbaycan milli hərəkatının yeni mərhələyə qədəm qoyduğunu və o mərhələdə xeyli insanın cəzalandırıldığını deyib. 2006-cı ilin mayında Güney Azərbaycanda xalqın təhqir edilməsinə qarşı başlayan etiraz dalğasının və xalqın öz təbii haqlarını əldə etmək üçün mübarizənin davam etdiyini vurğulayıb.

Konfransda çıxış edən tədqiqatçı Yasəmən Qaraqoyunlu Qacar xanədanlığı dönəmində ümumi türk kimliyinin parçalandığını və bundan istifadə edən Qərb imperializminin farsların İranda hakimiyyətin gəlməsinə zəmin hazırladığına diqqəti cəlb ədib. 1925-ci ildə Qacar imperatorluğunun yerində fars dövlətinin qurulduğunu deyən Y.Qaraqoyunlu İranda Azərbaycan kimliyinin silinməsinə çalışıldığına dair örnəklər verib və Türkiyəni Güney Azərbaycan siyasətini dəyişdirməyə çağırıb.

Cənubi Azərbaycandan olan tədqiqatçı Arif Kəskin “Türkiyə niyə Cənubi Azərbaycan türklərini dəstəkləməlidir?” sualına cavab İranın Türkiyəyə və türk dünyasına qarşı xarici siyasətinin fars şovinizmi üzərində qurulduğuna diqqəti cəlb edib: “Türkiyə Cənubi Azərbaycanı dəstəkləsə də, dəstəkləməsə də, İranın Türkiyəyə baxış nöqtəsi dəyişmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR