Avropa Birliyi Türkiyə ilə müzakirələrin bərpasına qərar verib

Avropa Birliyi Türkiyə ilə müzakirələrin bərpasına qərar verib
# 23 oktyabr 2013 08:22 (UTC +04:00)

APA-nın xəbərinə görə, qərar AB nazirlərinin oktyabrın 22-də Lüksemburqda keçirilən iclasında qəbul olunub.

AB-yə sədrlik edən Litvanın xarici işlər naziri Linas Linkyavuçyus 3 illik durğunluq dövründən sonra Türkiyə ilə müzakirələrdə yeni fəsil açılmasını elan etməkdən şad olduğunu bildirib: “Sədr ölkə olaraq Litva AB-nin Türkiyə ilə münasibətlərində dinamikanı dəstəkləmək niyyətindədir. Biz Türkiyə ilə danışıqlarda təkamülün çox tez bir vaxtda mümkün olacağını düşünürük”.

L. Linkyavuçyus iki tərəf arasında danışıqlar çərçivəsində növbəti konfransın noyabrın 5-də keçiriləcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR