Prezidentliyə namizədliyi qeydə alınmayan İlqar Məmmədovun MSK-ya qarşı şikayəti əsasında məhkəmə başlayıb

Prezidentliyə namizədliyi qeydə alınmayan İlqar Məmmədovun MSK-ya qarşı şikayəti əsasında məhkəmə başlayıb
# 17 sentyabr 2013 14:52 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə çıxış edən İ. Məmmədovun vəkili Xalid Bağırov müdafiə etdiyi şəxsin məhkəmədə iştirakının təmin edilməsi barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.

Proses sentyabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, MSK İ. Məmmədovun prezidentliyə namizədliyini qeydə almayıb.

Bundan narazı qalan İ. Məmmədov isə məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR