ABŞ-ın Hyuston şəhərində Azərbaycanın Dövlət Bayrağı Günü qeyd olunub - FOTO

ABŞ-ın Hyuston şəhərində Azərbaycanın Dövlət Bayrağı Günü qeyd olunub - <span style="color: red;">FOTO
# 11 noyabr 2013 07:13 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Hyuston şəhərində fəaliyyət göstərən Azərbaycan Mərkəzində Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə təntənəli ziyafət keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, ziyafətdə ABŞ-ın çoxsaylı yüksək səviyyəli siyasətçiləri, biznes dairələrinin nümayəndələri və ictimai xadimləri iştirak ediblər. Tədbir iştirakçıları arasında səfir Elin Süleymanov, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov, ABŞ Konqresinin üzvləri Stiv Stokman, Al Qrin və Şeyla Cəksın Li, Texaş ştatının senatoru Rodni Ellis, Texaş ştatının Nümayəndələr Palatasının üzvləri Silvester Törner, Cessika Farrar, Alma Allen və Co Deşotel, Türkiyə, İtaliya,Yunanıstanın və Xorvatiyanın Hyuston şəhərindəki Baş Konsulluqlarının təmsilçiləri və ABŞ-dakı Azərbaycan və Türk diasporunun nümayəndələri olub.

Tədbiri giriş sözü ilə açan Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova qonaqlarıHyuston-Bakı əlaqələrindən və Hyustondakı azərbaycanlı icmasının fəaliyyətindən bəhs edib.

Səfir E. Süleymanov Dövlət Bayrağı Gününün əhəmiyyətindən bəhs edərək, ilk dəfə 1918-ci ildə qaldırılan üçrəngli dövlət bayrağının bu gün qüdrətli Azərbaycan dövlətinin müstəqillik rəmzi kimi bütün azərbaycanlıların qürur mənbəyi olduğunu deyib. E. Süleymanov prezident İlham Əliyev tərəfindən Dövlət Bayrağı Gününün təyin olunduğunu və Dövlət Bayrağı meydanının yaradıldığını xatırladıb.

E. Süleymanov Azərbaycan və Texas arasındakı xüsusi dostluq münasibətlərini vurğulayıb və tədbirdəki çoxsaylı Texas rəsmilərinə öz təşəkkürünü bildirib. Diplomat Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə ABŞ-da əsas bayram ziyafətinin məhz Hyuston şəhərində keçirilməsinin Azərbaycan və Hyuston şəhərləri arasındakı münasibətlərin inkişaf səviyyəsinin bir göstəricisi olduğunu qeyd edib.

Eyni zamanda, səfir Azərbaycan Dövlət Bayrağı Günü tədbirində iştirak etmək üçün Nyu Meksiko ştatından gələn qonaqları, o cümlədən Nyu Meksiko Senatının presidenti Meri Papeni salamlayaraq, Nyu Meksiko ştatına etdiyi səfərləri və 2010-cu ildə bu ştatın paytaxtı olan Santa Fe şəhərində Azərbaycanın ABŞ-da ilk fəxri konsulu olan Art Makkafinin (Art McHaffie) fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirləri və görüşləri məmnunluqla xatırlayıb. E. Süleymanov Nyu Meksiko ştatının Azərbaycanla bağlı təşəbbüslərini, o cümlədən Xocalı faciəsinin tanınması kimi addımlarını yüksək qiymətləndirdiyini deyib.

Tədbirdə çıxış edən konqresmen Stiv Stokman Azərbaycanın ABŞ-ın ən əhəmiyyətli tərəfdaşlarından biri olduğunu vurğulayıb.

Konqres üzvü Şeyla Cəkson Li Azərbaycan və ABŞ-ın terrorizmə qarşı mübarizə, regional və enerji təhlükəsizliyi kimi sahələrdə sıx əməkdaşlıq etməsini xüsusi qeyd edib. O, bu yaxınlarda İlham Əliyevin yenidən prezident seçilməsinin ikitərəfli münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğunu deyib.

Konqresmen Al Qrin öz çıxışında Azərbaycanın dinamik inkişaf etdiyini və ölkəmiz ilə münasibətlərin ABŞ xarici siyasəti baxımından önəmini vurğulayıb.

Texas ştatının Senatının üzvü Rodni Ellis təbrik iştirakçıları bayram münasibətilə təbrik edib, Dövlət Bayrağı Gününün məhz Texas ştatında belə təntənəli şəkildə qeyd edilməsinə görə Azərbaycan tərəfinə öz təşəkkürünü bildirib.

Senator İlham Əliyevin yenidən prezident seçilməsini ölkəmizin gələcəkdə də davamlı və uğurlu inkişaf edəcəyinin təminatı olduğunu bildirib.

Tədbirdə prezident İlham Əliyevin növbəti dəfə prezident seçilməsi münasibətilə Konqres üzvləri Stiv Stokman və Şeyla Ceksın Linin, habelə Texas ştatının senatoru Rodni Ellis və Nyu Meksiko ştatının prezidenti Meri Papenin təbrik məktublarına dövlət başçısının cavab məktubları səfir E. Süleymanov tərəfindən onlara təqdim edilib.

Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə hazırlanmış film tədbir zamanı göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR