Dağıstanda xüsusi əməliyyat zamanı öldürülən “Xasavyurt bandası”nın başçısı Tural Atayevin Azərbaycanın hansı bölgəsindən olduğu məlum olub - EKSKLÜZİV - FOTO - VİDEO

Dağıstanda xüsusi əməliyyat zamanı öldürülən “Xasavyurt bandası”nın başçısı Tural Atayevin Azərbaycanın hansı bölgəsindən olduğu məlum olub - <span style="color: red;">EKSKLÜZİV - FOTO  - <span style="color: red;">VİDEO
# 26 mart 2014 07:24 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Dağıstanda həyata keçirilən xüsusi əməliyyat zamanı öldürülən “Xasavyurt bandası”nın başçısının Azərbaycanın Balakən rayonundan olduğu məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, 1988-ci il təvəllüdlü Atayev Tural Murtuzəli oğlu Balakənin Mahamalar kəndində doğulub. Bir neçə il əvvəl o, radikal dini qruplaşmalara qoşularaq Azərbaycanı tərk edib. T. Atayev silahlı qruplaşma üzvləri arasında “Yəhya” ləqəbi ilə tanınırmış.

Qeyd edək ki, dünən Rusiya Federal Təhlükəsizlik Xidməti və DİN-in xüsusi təyinatlı dəstələri Xasavyurt rayonunun Pervomayski kəndindəki fərdi evlərdən birini mühasirəyə alıblar. Evdə olan qanunsuz dəstə üzvlərinə təslim olmaq təklif olunub, lakin silahlılar hüquq-mühafizə orqanlarının əməkdaşlarını avtomat silahdan atəşə tutublar.

Xüsusi əməliyyat zamanı evdə olan 5 silahlı zərərsizləşdirilib. Onların şəxsiyyəti müəyyənləşdirilib. Öldürülən silahlılar arasında “Xasavyurt bandası”nın başçısı hesab edilən Azərbaycan vətəndaşı, 1988-ci il təvəllüdlü Tural Atayevin da olduğu bildirilir. Rusiya Milli Antiterror Komitənin (MAK) məlumatında Tural Atayevin ötən il Pyatiqorsk şəhərində törədilən terror aktının təşkilatçısı olduğu bildirilir.

Hadisə yerində çoxlu sayda silah və sursat aşkarlanıb.

Mülki əhali arasında xəsarət alanların olmadığı bildirilir.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR