Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 14 fevral 2014 06:11 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,02 dollar və ya 0,02% azalaraq 1 barelə görə 100,35 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, fevralın 13-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,06 dollar və ya 0,1% azalaraq 108,73 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR