Saatlıda narkotik istifadəçiləri tutulub - VİDEO

Saatlıda narkotik istifadəçiləri tutulub - <span style="color: red;">VİDEO
# 27 yanvar 2014 07:06 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı - APA. Saatlı rayonunda narkotik istifadəçiləri tutulub.

Saatlı rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, rayon polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik istifadəçiləri olan rayon sakinləri - əvvəllər məhkum olunmuş Zaur Əsədulla oğlu Əmiraslanov və Natiq Arif oğlu Cavadov şübhəli şəxs qismində saxlanılıb. Zaur Əmiraslanovun üzərindən bir ədəd kibrit qutusunda xalis çəkisi 5,76 qram marixuana, Natiq Cavadovun üzərindən isə 400 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Polis şöbəsinə gətirilən hər iki şəxs həmin narkotik vasitələrinin istifadəçisi olduqlarını bildiriblər. İstintaq tərəfindən müəyyən edilib ki, Natiq Cavadov narkotik vasitəni özü əkib, becərirmiş. Hər iki şəxs barəsində həbs-qəti imkan tədbiri seçilib.

Faktla Saatlı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR