Rüşvət alarkən həbs edilən məmur müalicə müəssisəsində ölüb

Rüşvət alarkən həbs edilən məmur müalicə müəssisəsində ölüb
# 22 mart 2014 14:44 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycanda məhbus xəstəlikdən ölüb. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.

Müalicə Müəssisəsində müalicə alan 1971-ci il təvəllüdlü Yusif Dadaş oğlu Dadaşov xəstəlikdən vəfat edib.

Qeyd edək ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin baş məsləhətçisi Yusif Dadaşov ötən ilin fevralında şöbənin inzibati binasında, xidməti otağında rüşvət alarkən Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR