“Lokomotiv” serbiyalı voleybolçuya təklif göndərib

 “Lokomotiv” serbiyalı voleybolçuya təklif göndərib
# 18 aprel 2014 10:23 (UTC +04:00)

Bakı – APA. 2013/2014 mövsümündə fiaskoya uğrayan “Lokomotiv”in transfer etmək istədiyi ilk voleybolçunun adı məlum olub. Apasport.az saytının əldə etdiyi məlumata görə, “dəmiryolçular” Serbiya millisinin sönmüş ulduzu Yelena Nikoliçə elçi düşüblər.

Belə ki, 2012/2013 mövsümündə klubsuz qalan, ardınca Türkiyə “Vakıfbank”ına keçən 32 yaşlı hücumçu artıq İstanbul təmsilçisindən ayrıldığından transfer siyahısına daxil edilib. “Vakıfbank”da isə gününü ehtiyatda keçirən 194 sm boya malik voleybolçu ilə danışıqlara start da verilib. Lakin millisinin heyətində Avropa çempionu, Avroliqanın qalibi olan Nikoliç hələ yekun qərarını verməyə tələsmir.

Buna səbəb Çempionlar Liqasının və klublararası dünya çempionatının qızıl medalçısının eyni zamanda İstanbulun “Əczaçıbaşı”, “Qalatasaray” və “Beşiktaş” klubundan da real təklif almasıdır. Serbiyalı isə bu 4 klubun irəli sürdüyü anlaşmanın nəzərdən keçirib, son sözü deyəcəyi bildirilir.

Qeyd edək ki, bu mövsüm faydasız legionerlər transfer edən “Lokomotiv” Super Liqada yalnız “Telekom”u qabaqlaya bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR