İsrailin sabiq baş naziri Ariel Şaron dəfn olunub

İsrailin sabiq baş naziri Ariel Şaron dəfn olunub
# 13 yanvar 2014 14:02 (UTC +04:00)

Bakı – APA. İsrailin sabiq baş naziri Ariel Şaron həyat yoldaşının məzarının yanında dəfn olunub.

APA – nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Şaronun cənazəsi hərbi yük maşını ilə Qüdsə gətirilib. Tabutu məzara 8 general və Şaronun iki oğlu endirib.

Ariel Şaron ənənəyə uyğun olaraq İsrail rəhbərlərinin dəfn olunduğu Hersla dağda deyil, “Şikmim” fermasında torpağa tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR