Yaponiyada baş vermiş qar uçqunu 7 alpinistin ölümü ilə nəticələnib

Yaponiyada baş vermiş qar uçqunu 7 alpinistin ölümü ilə nəticələnib
# 24 noyabr 2013 01:42 (UTC +04:00)

Bakı-APA. Yaponiyanın Toyama prefekturasında yerləşən Masaqo dağının (2860 m) qərb yamacında baş vermiş qar uçqunu nəticəsində 7 xizəkçi və alpinist həlak olub. APA-nın NHK telekanalına istinadən verdiyi xəbərə görə, polis və xilasedicilər qarın altından 4 kişi və 3 qadının meyitini tapıb çıxarmağa müvəffəq olublar. Hadisənin digər mümkün qurbanlarının axtarışları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR