Edvard Nalbandyanla Tyorbörn Yaqland Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Edvard Nalbandyanla Tyorbörn Yaqland Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
# 15 may 2013 17:38 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli-APA. Bu gün Ermənistanın xarici işləri naziri Edvard Nalbandyan Strasburqda Avropa Şurasının Baş katibi Tyorbörn Yaqlandla görüşüb. Görüşdə Ermənistanın Avropa Şurası Nazirlər Komitəsindəki növbəti 6 aylıq sədrliyi və bu ölkənin qurumdakı əsas prioritetləri, eləcə də AÇ Baç katibinin təşəbbüsüylə qurum daxilində aparılan islahatlar haqda fikir mübadiləsi aparılıb. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də müzakirə edilən məsələlər arasında olub. AŞ baş katibliyindən APA-ya verilən məlumata əsasən, Dağlıq Qarabağ münaqişəsinə toxunan Tyorbörn Yaqland AŞ-nın bu məsələnin həll edilməsində elə də səlahiyyətinin olmadığını və bu münaqişəylə digər beynəlxalq qurumların məşğul olduğunu bildirib. Ermənistanın xarici işlər naziri isə öz növbəsində ölkəsinin AŞNK-dəki 6 aylıq sədrliyi ərzində DQ məsələsini gündəliklərinə salmayacaqlarını təsdiq edib.

Xatırladaq ki, sabah AŞNK-nin sədrliyi rəsmən Andorradan Ermənistana keçəcək və Ermənistan qurumdakı sədrliyi bu ilin noyabrın 13-nə qədər icra edəcək. Azərbaycan AŞNK-nə sədrliyi 2014-cü ilin may ayında başlayacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR