Pərviz Həşimlinin məhkəməsi davam etdirilib

Pərviz Həşimlinin məhkəməsi davam etdirilib
# 07 aprel 2014 11:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın məlumatına görə, prosesdə 3 nəfər hal şahidi ifadə verib. Daha sonra onlar məhkəmə iştirakçılarının suallarını cavablandırıblar. Prosesdə şahidlərin istintaqa verdikləri ifadə ilə hazırkı ifadələri arasında ziddiyyət olduğu məlum olub. Şahidlər bildiriblər ki, ifadələrə oxumadan qol çəkiblər.


Proses aprelin 14-də davam etdiriləcək.

Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR