Bakıda MDB-yə üzv dövlətlərinin gənclərinin beynəlxalq ekoloji forumu keçirilir - FOTO

Bakıda MDB-yə üzv dövlətlərinin gənclərinin beynəlxalq ekoloji forumu keçirilir - <span style="color: red;">FOTO
# 17 dekabr 2013 09:11 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Bakıda “Bir birimizdən öyrənirik!" Müstəqil Dövlətlər Birliyi (MDB) üzv dövlətlərinin gənclərinin beynəlxalq ekoloji forumu öz işinə başlayıb. APA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyi ilə yanaşı tədbirin rəsmi tərəfdaşları kimi İDEA (Ətraf Mühitin mühafizəsi naminə beynəlxalq dialoq)"İctimai Birliyi və "Təbiət Dostları" Gənclər İctimai Birliyi çıxış edirlər.

Beynəlxalq forumda MDB üzv dövlətlərindən 40 yaxın gənc ekoloq iştirak edir.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev qonaqları salamlayaraq bildirib ki, bu il MDB məkanında bu il ekoloji il elan olunub və Azərbaycan da bu çərçivədə öz tədbirlərini keçirir: “Baxmayaraq ki, 2012-ci il Azərbaycanda ekoloji il idi və həmin il çərçivəsində ölkəmizdə bu sahə ilə bağlı bir sıra tədbirlər keçirilmişdi, lakin bu il də ölkəmizdə bu istiqamətdə tədbirlər həyata keçirilir. Biz bu il yayda MDB ölkələrinin iştirakı ilə ekoloji düşərgə təşkil etdik və bu gün də həmin tədbirin davamı olaraq forum keçirilir. Düşünürəm ki, forum çərçivəsində gənclərimiz arasında maraqlı diskussiyalar aparılacaq, fikir mübadilələri həyata keçiriləcək. İnanıram ki, burada iştirak edən QHT-lər arasında ekoloji maarifləndirmə və ətraf mühitin mühafizəsi baxımından birgə maraqlı təşəbbüslər və ideyalar ortaya çıxa bilər ki, gələcəkdə onların istər MDB məkanı daxilində bu layihələri həyata keçirmək olar".

Daha sonra tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (Ətraf Mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin prezidenti Leyla Əliyevanın forum iştirakçılarına müraciəti səsləndirilib. Müraciətdə ekoloji problemlərin gələcək fəsadlarından da söz açılıb: "Gənclər bilməlidirlər ki, regionun gələcək ekologiyası ilə bağlı məsuliyyət daşıyırlar. Mən əminəm ki, bugünkü forum ekologiya ilə bağlı fikir mübadiləsi və qlobal ekoloji problemlərin həlli yollarının axtarılmasında xüsusi əhəmiyyətə malik olacaq. Hər kəsə bu vacib bu işdə uğurlar arzu edirəm".

Qeyd edək ki, forum dekabrın 19-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR