Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək
# 14 mart 2014 15:26 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı söyləyib.

G. Aslanlı bildirib ki, buna səbəb Müsavat Partiyasının növbəti qurultayının keçirilməsi üçün müvafiq yer ayrılması məqsədilə fevralın 11-də Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətinə indiyə qədər cavab verilməməsidir: “Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin hərəkətsizliyi ilə bağlı martın 17-dən hüquqi müstəvidə mübarizəyə başlayacaq. İlkin mərhələdə məhkəməyə müraciət olunacaq”.

Qeyd edək ki, Müsavat Partiyası bu il mayın 24-də 800-1000 nəfərin iştirakı ilə VIII qurultayının keçirilməsinə müvafiq yer ayrılması üçün fevralın 11-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR