“AzərTAc”la Səudiyyə Press Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

“AzərTAc”la Səudiyyə Press Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb - <span style="color: red;">FOTO
# 30 may 2014 15:17 (UTC +04:00)

Bakı – APA. Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçiriləcək iclası çərçivəsində mayın 30-da “AzərTAc”-la Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyi (SPA) arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

APA-nın məlumatına görə, memorandumu Dünya Xəbər Agentlikləri Konqresinin sədri, SPA-nın prezidenti Abdullah bin Fəhd əl-Hüseyn və “AzərTAc”ın baş direktoru Aslan Aslanov imzalayıblar.

Memorandum tərəflərin milli qanunvericiliyinə uyğun olaraq informasiya sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədi ilə hər iki agentlik arasında xəbər, fotoşəkil, təcrübə və jurnalist mübadiləsini, üzv olduqları beynəlxalq və regional qurumlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

İmzalanma mərasimindən sonra “AzərTAc”da Abdullah bin Fəhd əl-Hüseynlə görüş olub.

Görüşdə A. Aslanov qonaqlara 1920-ci ildə Şərqdə ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış milli informasiya agentliyinin keçdiyi inkişaf yolu, müstəqillik illərində əldə etdiyi uğurlar və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib.

“AzərTAc”ın SPA agentliyi ilə Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) çərçivəsində uğurla əməkdaşlıq etdiyini xatırladan baş direktor agentliklər arasında informasiya mübadiləsinin vacibliyini bildirib, bu baxımdan imzalanmış Memorandumun əhəmiyyətini vurğulayıb.

Öz növbəsində, Abdullah bin Fəhd əl-Hüseyn imzalanmış Anlaşma Memorandumunun milli agentliklər arasında informasiya mübadiləsi işinə töhfə verəcəyini diqqətə çatdırıb.

Sonra Abdullah bin Fəhd əl-Hüseyn “AzərTAc”ın kollektivi ilə görüşüb, jurnalistlərin suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR