Ötən ay Azərbaycanda dərmanın əlavə təsirindən zərər çəkən 12 nəfər xəstəxanaya yerləşdirilib

Ötən ay Azərbaycanda dərmanın əlavə təsirindən zərər çəkən 12 nəfər xəstəxanaya yerləşdirilib
# 04 iyun 2014 13:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda ötən 1 ay ərzində qeydə alınan dərman zəhərlənmələrinin sayı açıqlanıb. Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, mayda dərmanın əlavə təsiri nəticəsində allergik reaksiyadan 18 nəfər zərər çəkib. Onlardan 12-nin xəstəxanaya yerləşdirildiyini deyən A.Maqsudov qeyd edib ki, onların hər birinin vəziyyəti normaldır və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. O qeyd edib ki, dərmandan zəhərlənmə hallarının hamısı Bakı şəhərində qeydə alınıb.

A.Maqsudov əlavə edib ki, may ayında sirkə turşusundan 3 zəhərlənmə hadisəsi baş verib: “Bunlar Bakının Nizami, Suraxanı və Nərimanov rayonlarında qeydə alınıb. Gələndə vəziyyətləri ağır olub. Həkimlər tərəfindən müvafiq tədbirlər görülüb və fəsadlaşmanın qarşısı alınıb”.

Şöbə müdiri qeyd edib ki, hər həftə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 5-7 nəfər sərxoş gətirilir. Onun sözlərinə görə, həmin insanlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR