Bakıda fəhlə yeddinci mərtəbədən yıxılaraq ölüb

Bakıda fəhlə yeddinci mərtəbədən yıxılaraq ölüb
# 28 yanvar 2014 08:06 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda fəhlə çoxmərtəbəli binadan yıxılaraq ölüb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün 10.00 radələrində Yeni Yasamal qəsəbəsi, Kənar dairəvi-4 ünvanında qeydə alınıb.

Həmin ünvanda tikilməkdə olan yaşayış binasında fəhlə işləyən Asim Baloğlan oğlu Babayev yeddinci mərtəbədən yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR