“Bank of Baku” “Leader” pul köçürmə sisteminə qoşulub

“Bank of Baku” “Leader” pul köçürmə sisteminə qoşulub
# 08 aprel 2014 09:49 (UTC +04:00)

Bakı - APA-Economics. Artıq “Bank of Baku” müştəriləri vəsaitlərini “Leader” (Rusiya) təcili pul köçürmə sistemi vasitəsilə rahat köçürə bilər.

Bankdan “APA-Economics” ə verilən məlumata görə, MDB və istənilən digər xarici ölkəyə pul köçürməyə imkan verən “Leader” sisteminin tarifi 1%-dən başlayır. “Lider” sistemi vasitəsilə vəsaitləri həm köçürmək, həm də almaq olar. Müştərilər vəsaitlərini rus rublu, ABŞ dolları və avroda köçürə bilər.

Əgər müştəri 100.000 rubl və ya 3.000 ABŞ dolları və ya avroya qədər vəsait köçürürsə, məbləğin cəmi 1,5%-i qədərində komissiya tutulacaq.

“Leader” təcili pul köçürmə sistemi sərfəli tarifləri, çevikliyi və xidmətlərinin yüksək keyfiyyəti ilə seçilir. Pul köçürmə əməliyyatı üçün rəsmiləşdirmə isə sadəliyi ilə seçilir. 2003-cü ildən fəaliyyət göstərən “Lider” təcili pul köçürmə sistemi dünyanın 132 ölkəsini əhatə edir.

“Leader” təcili pul köçürmə sistemi ilə vəsait köçürmək üçün “Bank of Baku”-nun istənilən filialına müraciət etmək olar.

Xatırladaq ki, “Bank of Baku”-nun təcili pul köçürmə xidmətlərindən yararlanmış müştərilərə bonus kartlar verilir. Bu kartların sahibləri köçürülən vəsaitin 0,20%-dək bonus qazanır və yığılan bonusun məbləği 5 AZN-dən artıq olduqda həmin bonusları nağdlaşdıra bilir.

“Bank of Baku” “Caspian Money Transfer”, “Contact”, “Western Union” və “Monex” təcili pul köçürmə sistemləri ilə də əməkdaşlıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR