İrəvanda Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilib

İrəvanda Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilib
# 23 iyun 2014 10:51 (UTC +04:00)

Bakı-APA. Ermənistan xarici işlər naziri Edvard Nalbandyan İrəvanda səfərdə olan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, görüş öncə təkbətək, sonra isə geniş tərkibdə olub.

İkigünlük səfər çərçivəsində S.Lavrovun Ermənistan prezidenti və parlament sədri ilə görüşləri nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR