Ağdaşda yanğın hadisəsi baş verib

Ağdaşda yanğın hadisəsi baş verib
# 26 fevral 2014 03:49 (UTC +04:00)

Bakı-APA. Ağdaşda yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Ləki qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan talvarda baş verib. Nəticədə talvarın yanar konstruksiyaları yanıb. Talvara bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 00:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR