Xaçmaz sakini öz evində yanaraq ölüb - VİDEO

Xaçmaz sakini öz evində yanaraq ölüb - <span style="color: red;">VİDEO
# 16 oktyabr 2013 07:20 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda yaşayış evi yanıb. Hadisə rayonun Niyazabad kəndində qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, kənd sakini, 1939-cu il təvəllüdlü Aleksandr Romanenkoya məxsus 2 mərtəbəli yaşayış evi yanıb. Yanğın zamanı evdə tək olan ev sahibi də yanaraq ölüb.

Yanğının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Həyətdə olan “VAZ 2106” markalı avtomaşın yanğından mühafizə olunub.

Yanğının səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR