Nobel prospektində xəsarətlə nəticələnən yol qəzası baş verib - FOTO - VİDEO

Nobel prospektində xəsarətlə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 03 iyul 2014 00:48 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb.

Prospektlə şəhərin mərkəzinə doğru hərəkətdə olan "Opel" markalı avtomobilin sürücüsü döngədə idarəetməni itirib. Sürücü idarəetmədən çıxan avtomobili normal hərəkət istiqamətinə qaytarmaq istəsə də, buna nail ola bilməyib və eyni istiqamətdə hərəkət edən digər "Opel"ə vurub. Bundan sonra maşın yol kənarındakı ticarət obyektinin qarşısındakı dəmir borulara çırpılıb.

"Opel"in xəsarət alan sürücüsü Elvin Həsənzadə avtomobildə sıxılmış vəziyyətdə qalıb. Onun köməyinə hadisə şahidləri çatıblar. Yaralı sürücü maşından çıxarılaraq, 3 saylı şəhər xəstəxanasına aparılıb.

Qəzadan sonra avtomobildə tüstülənmə müşahidə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları çağırılıb. Yanğınsöndürənlər ərazidə qabaqlayıcı tədbirlər görüblər və avtomobilin alovlanmasına imkan verilməyib.

Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. İlkin versiyaya görə, qəzaya sürücünün sürət həddini aşması və dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR