İSB növbəti kompensasiya ödənişini edib

İSB növbəti kompensasiya ödənişini edib
# 18 iyun 2014 15:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İcbari Sığorta Bürosu tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.

Bürodan “APA-Economics”ə verilən məlumata görə, “İcbari sığortalar haqqında” Qanunun 32, 33-cü maddələrinə əsasən ötən ilin oktyabrın 24-də Bakı-Şamaxı-Yevlax yolunun Binəqədi rayonu ərazisindən keçən 10-cu km-də sürücüsü, markası və dövlət qeydiyyat nömrəsi istintaqa məlum olmayan nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycanın vətəndaşına ailə üzvünün ölümü ilə əlaqədar 5 000 manat məbləğində kompensasiya ödənişi 18 iyun 2014-cü il tarixində köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR