Öz evində yatıb qalmış Sumqayıt sakini xilas edilib

Öz evində yatıb qalmış Sumqayıt sakini xilas edilib
# 28 dekabr 2013 02:12 (UTC +04:00)

Bakı-APA. Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olub.

Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR