Dənizkənarı Milli Parkda İran vətəndaşı soyğunçuluğa məruz qalıb

Dənizkənarı Milli Parkda İran vətəndaşı soyğunçuluğa məruz qalıb
# 25 fevral 2014 10:07 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda İran vətəndaşına qarşı soyğunçuluq törədilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 20-də Dənizkənarı Milli Parkda bir qrup naməlum şəxs İran vətəndaşı Darbat Şərifliyə zor tətbiq edərək üzüyü, boyunbağısı və mobil telefonu alınıb.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nikita Zarbailov, Balakən rayon sakini Vüqar Ağcayev və Gürcüstan vətəndaşı Azim Musayev tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR