Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində tutulan erməninin kəşfiyyat-diversiya qrupunun bələdçisi olduğunu açıqlayıb - FOTO - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində tutulan erməninin kəşfiyyat-diversiya qrupunun bələdçisi olduğunu açıqlayıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 28 yanvar 2014 16:45 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Müdafiə Nazirliyi Tovuzda kəşfiyyat-diversiya qrupunun bələdçisinin ələ keçməsi barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 15.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR