Obama Suriyaya qarşı sanksiyaların müddətini 1 il uzadıb

Obama Suriyaya qarşı sanksiyaların müddətini 1 il uzadıb
# 07 may 2014 22:04 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Suriya mallarının ixracı və geri ixracına (xaricdən gətirilmiş malların yenidən xaricə göndərilməsi) qadağa uzadılır, həmçinin, ABŞ yüksək rütbəli suriyalı məmurlarının hesablarını dondurmaqda davam edəcək.

Konqresə ünvanlandığı məktubda B.Obama Suriyanı kimyəvi silahdan istifadədə, terrorçu təşkilatları dəstəkləməkdə və qonşu Livanın daxili işlərinə müdaxilə etməkdə günahlandırıb.

Qeyd edək ki, BMT-nin hesablamalarına görə, Suriyada üç il davam edən vətəndaş qarşıdurmasında 150 minədək insan həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR