Gədəbəydə "VAZ" markalı minik avtomobili yanıb

Gədəbəydə "VAZ" markalı minik avtomobili yanıb
# 14 mart 2014 00:27 (UTC +04:00)

Bakı-APA. Gədəbəydə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Novosaratovka kəndində (rayon mərkəzindən 27 km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilində baş verib. Nəticədə, avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR