Viktor Yanukoviç: “Avropa Birliyi ilə assosiasiya sazişi imzalanması üçün dialoqu davam etdiririk”

Viktor Yanukoviç: “Avropa Birliyi ilə assosiasiya sazişi imzalanması üçün dialoqu davam etdiririk”
# 26 dekabr 2013 12:45 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Ukrayna Avropa Birliyi ilə assosiasiya sazişi imzalanması üçün dialoqu öz milli maraqlarına uyğun olaraq davam etdirir. APA-nın Ukrayna prezidentinin saytına istinadən verdiyi məlumata görə, bu barədə ölkə başçısı Viktor Yanukoviç regionlar şurasının iclasında çıxış edərkən deyib. O, Ukraynanın milli maraqlarına cavab verəcək sazişin hazırlanması istiqamətində hökumətin və parlamentin əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb: “Biz Avropa Birliyi ilə real və effektiv əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı dialoqunu davam etdiririk. Pauza dayanmaq mənasına gəlmir. Bu, fikirlərin yenidən nəzərdən keçirilməsi deməkdir. Hökumət və parlamentdən Ukraynaya sərf edən və milli maraqlarına uyğun olan razılaşmanın hazırlanması ilə bağlı sıx əməkdaşlıq etməsini gözləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR