Azərbaycan ABŞ-ın Almaniyada keçirilən təlimlərində iştirak edir

Azərbaycan ABŞ-ın Almaniyada keçirilən təlimlərində iştirak edir
# 16 sentyabr 2013 12:18 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. ABŞ-ın Avropa Komandanlığının (EUCOM) təşkilatçılığı ilə Almaniyada «Combined Endeavor 2013» təlimləri keçirilir.

APA-nın EUCOM-un ictimaiyyətlə əlaqələr departamentinə istinadən verdiyi məlumata görə, təlimdə NATO-ya üzv və tərəfdaş 40 ölkədən 2500 hərbçi iştirak edir.

Sentyabrın 13-də start götürmüş təlimlər sentyabrın 26-da başa çatacaq. Təlimdə iştirak edən heyətlər müasir komanda, kontrol, kommunikasiya və kompüter (C4) texnologiyalarından istifadə etməklə əməliyyatların təşkili və aparılması imkanlarını tətbiq edirlər.

«Combined Endeavor 2013» təliminə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də qatılıblar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR