Ərdəbil vilayətinə yeni vali təyin edilib

Ərdəbil vilayətinə yeni vali təyin edilib
# 19 noyabr 2013 16:53 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Ərdəbil vilayətinə yeni vali təyin edilib. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu posta Məcid Xodəbəxş gətirilib. Yeni vali bu gün İranın daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzli tərəfindən ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, Mahmud Əhmədinejadın prezidentliyi dövründə Ərdəbil vilayətinin valisi Əkbər Nikzad olub. İranda Həsən Ruhani hökumət başına gəldikdən sonra İranın Azərbaycan və digər vilayətlərinin valiləri dəyişdirilməyə başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR