Rusiya İstintaq Komitəsi: Orxan Zeynalov ötən il həbsdən azad olunub

Rusiya İstintaq Komitəsi: Orxan Zeynalov ötən il həbsdən azad olunub
# 16 oktyabr 2013 13:03 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin bildirib.

Onun sözlərinə görə, dindirmə zamanı Orxan Zeynalov işin istintaqını aparan müstəntiqlərə Yeqor Şerbakova bıçaq zərbəsi vurduğunu etiraf edib.


V.Markin Orxan Zeynalovun 2011-ci ildə Moskvanın Naqatinski rayon məhkəməsi tərəfindən yol hərəkət qaydasını pozduğuna görə 1 il azadlıqdan məhrum edildiyini də söyləyib: “O, 2012-ci ildə azadlığa çıxıb və qanunsuz avtomobil idarə edərək taksi fəaliyyəti ilə məşğul olub. Hazırda Orxan Zeynalovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR