Bakıda Azərbaycan-Bavariya Biznes Forumu keçirləcək

Bakıda Azərbaycan-Bavariya Biznes Forumu keçirləcək
# 26 noyabr 2013 08:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bavariyanın İqtisadiyyat, Mətbuat, Enerji və Texnologiya üzrə Dövlət Nazirliyinin təşəbbüsü, Almaniya İqtisadiyyat və Ticarət Palatasının nümayəndə heyətinin Gürcüstan və Azərbaycana səfəri çərçivəsində noyabrın 28-də Bakıda III Azərbaycan–Bavariya Biznes Forumu keçiriləcək.

«APA-Economics»in xəbər verdiyi kimi, forumda əsasən tikinti və infrastruktur, yeyinti sənayesi, maliyyə, kimya və enerji sənayesi sahələrində çalışan şirkətlərin nümayəndələri iştirak edəcəklər. Rəsmi hissədən sonra keçiriləcək dəyirmi masa danışıqlarında əməkdaşlıq imkanlarının yaradılması üçün tikinti və infrastruktur, enerji və kimya sənayesi, habelə yeyinti sənayesi üzrə dəyirmi masalar təşkil olunacaq.

Biznes Forum Bavariyanın İqtisadiyyat, Mətbuat, Enerji və Texnologiya üzrə Dövlət Nazirliyinin tapşırığı ilə «Bayern International GmbH.» və Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) dəstəyi ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR