Mahaçqalada naməlum şəxslər yol polisi naryadını partlatmağa cəhd edib

Mahaçqalada naməlum şəxslər yol polisi naryadını partlatmağa cəhd edib
# 09 noyabr 2013 20:37 (UTC +04:00)

Bakı-APA. Mahaçqalada yol-patrul xidmətinin naryadının yaxınlığında partlayış törədilib. APA-nın məlumatına görə, bu barədə “İTAR TASS”a Dağıstanın DİN-dən məlumat verilib.

“Şəhərin Bəybulatov küçəsində yol-patrul xidmətinin avtomobili hərəkətdə olarkən yolun hərəkət hissəsinin kənarında partlayış törədilib. Xəsarət alan yoxdur”, deyə mənbə məlumat verib.

Hadisə şahidlərinin sözlərinə görə, naməlum şəxslər hərəkətdə olan avtomobildən partlayıcı qurğunu ataraq hadisə yerindən uzaqlaşıblar.

Qeyd edək ki, noyabrın 8-də Mahaçqaladakı dükanların birinin qarşısında partlayış törədilib. Nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR