Böyük Britaniya Cenevrə danışıqlarını faydalı adlandırıb

Böyük Britaniya Cenevrə danışıqlarını faydalı adlandırıb
# 17 oktyabr 2013 01:55 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri faydalı olub. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq deyib. Onun sözlərinə görə, tərəflər arasında danışıqlar zamanı ciddi mövzular müzakirə predmeti olub.

Heyq deyib ki, bu müzakirələr İranın nüvə məsələsinin həll edilməsi istiqamətində irəliləyiş üçün real fürsətdir.

Qeyd edək ki, oktyabrın 15-16-da Cenevrədə İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR