Dövlət Sərhəd Xidməti Cəlilabadda zabitin güllələnməsi ilə bağlı məlumat yayıb - VİDEO

Dövlət Sərhəd Xidməti Cəlilabadda zabitin güllələnməsi ilə bağlı məlumat yayıb - <span style="color: red;">VİDEO
# 12 oktyabr 2013 11:24 (UTC +04:00)

Bakı – APA. Dövlət Sərhəd Xidməti (DSX) N saylı hərbi hissəsinin zabiti Əzizov Asim Əziz oğlunun güllələnməsi ilə bağlı məlumat yayıb.

DSX-nın Mətbuat Mərkəzindən APA-ya daxil olan məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində Cəlilabad rayonunun Göytəpə şəhərində Dövlət Sərhəd Xidmətinin zabitinin xəsarət alması ilə nəticələnən hadisə barədə qeyri-dəqiq məlumatlar verilib.

DSX Mətbuat Mərkəzi bildirir ki, 10.10.2013-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin zabiti Əzizov Asim Əziz oğlu Cəlilabad rayonunun Göytəpə şəhərində kirayə qaldığı mənzildə qonşuluqda yaşayan Sərdarov Fəxrəddin Umud oğlu ilə aralarında məişət zəminində baş vermiş münaqişə nəticəsində onun oğlu Abbas Sərdarov tərəfindən ov tüfəngindən açılan atəşlə sarğı nahiyəsindən yaralanıb. Yaralı dərhal Bakı şəhərinə təxliyə olunub və üzərində cərrahiyyə əməliyyatı aparılıb. Xəstənin vəziyyəti kafidir.

KİV-də zabitin geyim mədəniyyətinə riayət etməməsi barədəki iddialar həqiqətə uyğun deyil.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR