Con Kerri: “Rusiya iqtisadiyyatının bir sıra sektorlarına sanksiyalar tətbiq edə bilərik”

Con Kerri: “Rusiya iqtisadiyyatının bir sıra sektorlarına sanksiyalar tətbiq edə bilərik”
# 29 aprel 2014 07:23 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu “The Wall Street Journal” qəzetinə açıqlamasında ABŞ dövlət katibi Con Kerri bildirib.

C. Kerri Rusiyanın enerji, maliyyə və müdafiə sektorlarına sanksiyaların mümkünlüyü barədə suala cavabında deyib: “Biz hazırda buna fövqəladə dərəcədə yaxınıq. Əgər Rusiya hakimiyyəti hazırda apardığı siyasəti davam etdirsə, biz bu sanksiyaları tətbiq edəcəyik”.

Xatırladaq ki, aprelin 28-də ABŞ Rusiyanın 7 vəzifəli şəxsi və 17 şirkətinə sanksiyalar tətbiq edib. Artıq ABŞ tərəfindən sanksiya tətbiq olunan Rusiya vətəndaşlarının siyahısında təxminən 50 nəfərin adı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR