AMİP və İsveçin hakim partiyası birgə konfrans keçiriblər - FOTO

AMİP və İsveçin hakim partiyası birgə konfrans keçiriblər  - <span style="color: red;">FOTO
# 01 aprel 2014 11:16 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) və İsveçin hazırda hakimiyyətdə olan Moderat Partiyası “Azərbaycanın Avrointeqrasiya perspektivləri” mövzusunda konfrans keçiriblər.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda iştirak edən İsveç parlamentinin deputatları və AMİP funksionerləri arasında Azərbaycanın avrointeqrasiya perspektivləri və mövcud problemlərlə bağlı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar partiya rəhbərliyi və AMİP lideri Etibar Məmmədovla görüşüblər. Görüşdə Azərbaycanın Avropa Birliyi ilə münasibətləri, regionda mövcud olan və gözlənilən problemlər, Dağlıq Qarabağ münaqişəsi, Ukraynada baş verən hadisələr və Krımın ilhaqı əsas müzakirə mövzusu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR