TQDK yüksək nəticə göstərmiş gənclər haqqında məlumatları “Abituriyent” jurnalında dərc edib

TQDK yüksək nəticə göstərmiş gənclər haqqında məlumatları “Abituriyent” jurnalında dərc edib
# 21 noyabr 2013 14:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) hər il olduğu kimi bu il də ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclərin ictimaiyyətə tanıdılması, təcrübəsinin öyrənilməsi və yayılması məqsədilə “Abituriyent” jurnalının növbəti 11-ci sayını onlara həsr edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, jurnalın bu sayı ən yüksək nəticəli tələbələrə prezident təqaüdünün verilməsi haqqında prezidentin sərəncamı və “Ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılması haqqında” fərmanı ilə açılır. Burada Prezident təqaüdçüləri haqqında məlumat, onların bitirdikləri məktəblər üzrə siyahısı, ən yüksək nəticə göstərmiş gənclərlə müsahibələr, hər bir yüksək nəticəli abituriyentin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi məktəb və s. haqqında məlumatlar təqdim olunub. Jurnalda həmçinin 600-dən yuxarı bal toplamış gənclərlə aparılmış anket sorğusunun nəticələri, onların arzu, rəy, təklif və gələcək abituriyentlərə tövsiyələrindən nümunələr dərc edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR