NATO Ukraynada etirazçılara qarşı güc tətbiq olunmasını pisləyib

NATO Ukraynada etirazçılara qarşı güc tətbiq olunmasını pisləyib
# 04 dekabr 2013 03:35 (UTC +04:00)

Bakı-APA. NATO-ya üzv dövlətlərin XİN rəhbərləri Ukraynada etirazçılara qarşı güc tətbiq olunmasını tənqid edərək hakimiyyət və müxalifət arasında dialoqun başlanmasına təkid edib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib.

“Biz Ukraynadakı vəziyyəti diqqətlə izləyirik, dinc nümayişçilərə qarşı hədsiz gücün tətbiqini pisləyirik və tərəfləri təxribat və zorakılığa yol verməməyə çəğırırıq”, deyə NATO-nun baş katibi Brüssüldə baş tutmuş mətbuat konfransında bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR