Nyu-Yorkda Azərbaycanın müstəqilliyinin 22-ci ildönümü qeyd edilib

Nyu-Yorkda Azərbaycanın müstəqilliyinin 22-ci ildönümü qeyd edilib
# 19 oktyabr 2013 08:31 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan Cəmiyyəti tərəfindən Nyu-Yorkun Vall Strit rayonundakı Boulinq Qrin Parkda təşkil edilmiş tədbirə bu şəhərdə yaşayan azərbaycanlılarla yanaşı Türk-Amerika Dərnəkləri Federasiyasının üzvləri də qatılıblar.

Tədbirdə çıxış edən Azərbaycan Cəmiyyətinin sədri Ercan Yerdələnli qeyd edib ki, bu tədbir Nyu-Yorkdakı türk toplumunun ermənilərə güc nümayişidir: «Qarabağ torpağı işğaldan azad olunmayacağı təqdirdə heç bir azərbaycanlı rahat olmayacaq». Təşkilat sədri bu il ilk dəfə Nyu Cersi ştatının senatı tərəfindən Azərbaycanla əlaqələrin önəminin təqdir olunduğu bir sənədin yayımlanmasını müsbət qiymətləndirib.

Türk-Amerika Dərnəkləri Federasiyasının sədri Ali Çinar isə Amerikadakı azərbaycanlı təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə işlər aparıldığını qeyd edib: «Vall Stritdə Azərbaycan bayrağının qaldırılmasından qürur duyuruq. Ulu öndər Atatürkün dediyi kimi, sizin acınız bizim acımız, sizin sevinciniz bizim sevincimizdir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR